Mərkəzi Elmi Kitabxana oxucularına yeni xidmət təqdim edir


Digərləri 19 İyl 2019 19:39:34 199 0

Mərkəzi Elmi Kitabxana oxucularına yeni xidmət təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucular üçün yeni xidmət təqdim edir.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucular üçün yeni xidmət təqdim edir. Kitabxanadan Trend-ə verilən məlumata görə, oxucuların müraciətlərini nəzərə alaraq, MEK iyulun 18-dən "Birgünlük oxucu xidməti"nə başlayıb. Daimi davam edəcək bu xidmətdən yararlanmaq üçün oxucular şəxsiyyət vəsiqəsi ilə kitabxanaya müraciət edərək, 1 manat ödəməklə qeydiyyatdan keçib, 1 günlük oxucu kartı əldə edə bilərlər.