Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları2019"da iştirak edəcəklər


Digərləri 19 İyl 2019 18:35:00 286 0

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları2019"da iştirak edəcəklər

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2019" yarışlarında ölkəmizi təmsil edəcəklər.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan hərbçiləri ölkəmizdə "Dəniz kuboku", Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları", Belarusda "Snayper həddi" və Özbəkistanda təşkil olunacaq "Hərbi-tibbi estafet" müsabiqələrində iştirak edəcək.