Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”


Digərləri 19 İyl 2019 18:32:00 211 0

Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open”

Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turniri keçiriləcək.

Bakı. İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə “Baku Open” beynəlxalq turniri keçiriləcək. Trend-in məlumatına görə, turnirdə Azərbaycan, Pakistan, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək. Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparacaqlar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.