"Qonorarımdan razıyam" FOTO


Şou-biznes 19 İyl 2019 17:14:00 216 0

"Qonorarımdan razıyam"  FOTO

İşlərimin qarşılığını maddi olaraq 10 ballıq sistemlə götürsək, 10 deyil. Amma keyfiyyətli musiqiyə qulaq asanlar çoxalır. Ona görə də qonorarımdan razıyam.

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında "Eurovision 2018" təmsilçimiz Aysel Məmmədova (AISEL) deyib.

Hazırda iki festivalda çıxışa hazırlaşan sənətçi yeni mahnılarının kommersiya xarakterli olduğunu söyləyib:

"İndi rus dilində oxuyacağım mahnılar o qədər də alternativ və eksperimental musiqi deyil ki, heç kim başa düşməsin".

İfaçı festivallara hazırlıq prosesindən də söz açıb:

"Bütün günü həm "Jara"ya, həm də "Yeni dalğa"ya hazırlaşırıq. Çox yorulmuşuq. İki tədbir bir-birinə qarışıb. Artıq rəqs etməyə başlamışam. Hər gün rəqs edirəm. "Yeni dalğa"da üç, "Jara"da bir mahnı oxuyacam. "Jara"da oxuduğum mahnının musiqisi mənə aiddir".


Xəbərə aid fotolar