Tarixi missiyanı yaşadanlar


Digərləri 19 İyl 2019 17:05:00 228 0

Tarixi missiyanı yaşadanlar

Son.az "İki sahil"ə istinadən yazını təqdim edir.

Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illiyi qarşısında

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəlilovdur

- Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 illiyi tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi bilmək istərdik...

- Azərbaycanın Respublikasının Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni, digər xalqlar kimi, Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiya tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyənləsdirilməsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüvvələrinin yaradılması və formalasması sahəsində hökumət və parlament kompleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhədlərin müəyyənləsdirilməsi üçün bir neçə layihə və təkliflər də hazırlanıb. Bunlardan biri 1918-ci il iyun ayının 22-də "Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qəbul edilən qərardır.  İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mühafizə qüvvəsinin üzərinə düşürdü.

- Sərhəd Qoşunlarının yerinə yetirdiyi missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz?

-Sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada qubernator olmuş general-mayor Ş.Haşımbəyov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Mühafizə qüvvəsinin sərhəddə 12 postda yerləşdirilməsi nəzərdə tutulurdu.

Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüvvələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliyyatından sonra mümkün oldu.

Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular.

Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər.

- İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qeyd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu, nə ilə bağlı idi?

-Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət dövriyyəsi getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsasən maliyyə orqanları məşğul olmalı idi. Həmin qanunla gömrük idarəsi hissəsi adlandırılan qurum ləğv olunmuş və onun əsas səlahiyyətləri Maliyyə Nazirliyinə verilmişdi.

Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun layihəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir.

- Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu?

-Çox təəssüf ki, bu suala müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu.

- Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?