TRENDin əməkdaşı "Alyans" Xüsusi Xidmət Veteranlar Birliyi tərəfindən mükafatlandırılıb FOTO


Digərləri 19 İyl 2019 15:39:00 242 0

TRENDin əməkdaşı "Alyans" Xüsusi Xidmət Veteranlar Birliyi tərəfindən mükafatlandırılıb  FOTO

İyulun 19-da TREND İnformasiya Agentliyinin əməkdaşı "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi tərəfindən təltif olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, TREND İnformasiya Agentliyinin müxbiri Ceyhun Ələkbərovu sözügedən qurumla birgə gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi işində ardıcıl və fəal iştirakına görə "Fəxri fərman"la təltif edib.

Ş.Süleymanov vurğulayıb ki, "Alyans"ın fəaliyyətinin populyarlaşmasında TREND İnformasiya Agentliyinin əvəzsiz rolu olub. "Alyans" İctimai Birliyinin sədr müavini Azər Qarayev də, öz növbəsində TREND-ə öz təşəkkürünü bildirərək, Agentliyin bütün əməkdaşlarına uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan Respublikası "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi 5 may 2004-cü il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.


Xəbərə aid fotolar