Dundalk Bakıya çarter reysi ilə gələcək


İdman 19 İyl 2019 15:00:00 260 0

Dundalk Bakıya çarter reysi ilə gələcək

Goal.az “İndependent” nəşrinə istinadən xəbər verir ki,  komanda Bakıya çarter reysi ilə getməli olacaq.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Qarabağ-ın rəqibi olan İrlandiyanın Dundalk klubu Bakıya səfər etmək üçün uzun yol qət etməli olacaq.

“Bunun üçün klub 150 min avro ödəyəcək. Əlavə etmək lazımdır ki, Çempionlar Liqasının birinci mərhələsində Latviyada Riga üzərində penaltilər seriyasındakı dramatik qələbədən sonra klub 400 min avro gəlir əldə edib” – deyə bildirilib.

Xatırladaq ki, Qarabağ-la Dundalk arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.