Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb


Digərləri 19 İyl 2019 14:47:00 181 0

Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Bakı. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sağ qapısının cibində gömrük orqanlarına bəyan edilməyən 5 ədəd "Radiesse" markalı dərman preparatı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.