Nişanlısından ayrıldı, özünü öldürdü


Digərləri 19 İyl 2019 14:35:00 220 0

Nişanlısından ayrıldı, özünü öldürdü

Binəqədi rayonunda intihar hadisəsi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb.

Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib.

İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Araşdırma davam edir.