Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib FOTO


Digərləri 19 İyl 2019 14:26:00 206 0

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib  FOTO

İyulun 19-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və möhtəşəm tədbirlər nəticəsində 2019-cu ilin birinci yarımilində də dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Hərbi prokuror bildirib ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdətinin nəticəsində 2019-cu ilin birinci yarımilində ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmış, qeyri-neft sektoru daha da inkişaf edib. Bununla yanaşı, əhalinin pul gəlirləri, əmək haqları da artıb, manatın məzənnəsi sabit olub. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar məbləğində investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edib. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq biznes mühitinin səviyyəsinə görə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Azərbaycan Respublikasında insanların rifahını mütəmadi olaraq yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olduğunu vurğulayan Hərbi prokuror "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının müstəsna əhəmiyyətindən, onun əsasında yüz minlərlə insanın kredit problemlərinin həll olunmasından bəhs edib.

Əldə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac verdiyini bildirən Xanlar Vəliyev bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanın mütərəqqi müddəalarından söz açıb.

Hərbi prokuror bildirib ki, ölkəmizin hərtərəfli və sürətli inkişafında xüsusi rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə, xüsusən Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti mühüm əhəmiyyət kəsb edir. Onun çoxşaxəli zəngin fəaliyyəti, eləcə də milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü önəmli işlər, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə və dövlətçiliyimizin sürətlə qüdrətlənməsinə töhfələr verməkdə davam edir. Mehriban xanım Əliyevanın UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanla bu beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı misilsiz xidmətlərindən danışan Xanlar Vəliyev "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini bildirən Hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti və hərbi qulluqçuların mübarizə ruhu yüksəlmiş, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində müvəffəqiyyətlər əldə olunub. Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturları tərəfindən hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək mövcud nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib. Bütün bunların nəticəsində də ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

Vurğulanıb ki, 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarımilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.

Xüsusi qeyd olunub ki, artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb. Bu da Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi xüsusi diqqət və qayğının, bu sahədə onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində yaranmış ciddi nizam-intizamın, Silahlı Qüvvələrin ən müasir tələblərə cavab verən səviyyədə formalaşdırılmasının təcəssümüdür.

Vurğulanıb ki, cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin də çox böyük əhəmiyyəti olub. Belə ki, 2019-cu ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, DİN-nin Daxili Qoşunlarının komandanlığının və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilməklə, səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirələr keçirilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrikliyi və əzmi hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, cari ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə rəvac verib. Bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Vurğulanıb ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.


Xəbərə aid fotolar