21 yaşlı sevgilisini otelə gətirdi və...


Kriminal 19 İyl 2019 14:13:00 283 0

21 yaşlı sevgilisini otelə gətirdi və...

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasının 4 ilini qapalı həbsxanasında keçirmək şərti ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində baş verib.

Bildirilir ki, əvvəllər məhkum olunan N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar hadisə baş verən günü Fatmayıdakı yerdə görüşüblər.

Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.