Biləsuvar sakinindən narkotik vasitələr götürülüb


Digərləri 19 İyl 2019 14:13:00 209 0

Biləsuvar sakinindən narkotik vasitələr götürülüb

Biləsuvar sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkar edilərək götürülüb.

Bakı. Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkar edilib.