SON DƏQİQƏ: Universitetdə partlayış:


Dünya 19 İyl 2019 14:08:00 251 0

SON DƏQİQƏ: Universitetdə partlayış:

Əfqanıstanda Kabil universitetinin qarşısında terror aktı törədilib.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, əraziyə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 20 nəfər həyatını itirib. 40-a qədər yaralı var.

Onların əksəriyyətinin tələbə olduğu güman edilir. Məlumata görə, partlayış gənclərin imtahana girmək üçün təhsil ocağının qarşısına toplaşdığı vaxt baş verib. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.