Bulvar idarəsindən ilan VİDEOsuna


Digərləri 19 İyl 2019 13:55:00 257 0

Bulvar idarəsindən ilan VİDEOsuna

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, idarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar ərazisində ilanların olması xəbəri düz deyil.

Onun sözlərinə görə, videogörüntüdə deyildiyi kimi kütləvi ilanlar yoxdur. 

"İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib", - o əlavə edib. 

G.Yelmarqızı qeyd edib ki, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub.