"Mənzurəylə zarafatımız var"


Şou-biznes 19 İyl 2019 13:41:00 177 0

"Mənzurəylə zarafatımız var"

Müğənni Manaf Ağayev Mənzurə Musayevaya borc verməməsindən danışıb.

Son.az xəbər verir ki, İfaçı ölkə.az-a açıqlamasında bildirib ki, burada qəbahət yoxdur:

"Belə bir hadisə 6-7 il bundan əvvəl olub. Mənzurə xanım məndən borc istədi, mənimsə üzərimdə həmin an verməyə pul olmadı. İndi olmayanda olmur da, nə etmək olar? İndi sizdən kimsə istəsə, üstünüzdə pul olmasa, nə edərsiniz? Həm də ki, mən o vaxta toy üçün hansısa rayona getmişdim. Burda da deyildim".

Əməkdaşımızın "Mənzurə xanımın bunu efirdə söyləməsi sizcə doğrudur?" sualına isə müğənni belə cavab verib: "Burada şişirdiləcək bir şey yoxdur. Mənzurə nə deyir, düz deyir. Bizim aramızda zarafatımız var".