"PAŞA Bank"ın dəstəyi ilə Bakıda “Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda seminar keçirilir (FOTO)


Digərləri 19 İyl 2019 13:40:00 191 0

"PAŞA Bank"ın dəstəyi ilə Bakıda “Rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda seminar keçirilir (FOTO)

Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank"ın dəstəyi ilə Bakıda “Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda beynəlxalq seminar başlayıb.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı olan "PAŞA Bank"ın dəstəyi ilə Bakıda “Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda beynəlxalq seminar başlayıb. Tədbir Azərbaycan Respublikası Prezident Aparatı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Skolkovo” Moskva biznes idarəetmə məktəbi və İsveçrənin St.Gallen institutu ilə birgə həyata keçirilir. Seminarda dövlət qurumlarının nümayəndələri, müstəqil konsultantlar, maliyyə sahəsində beynəlxalq ekspertlər və s. olmaqla təxminən 70 nümayəndə iştirak edir. Tədbirdə müzakirə olunan əsas mövzular “Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması: ümumi baxışdan tətbiq mərhələlərinədək” və “Rəqəmsal strategiyalar”dır. Bir neçə müxtəlif planlı müzakirə paneli zamanı tədbirin spikerləri və seminar iştirakçıları dövlət xidmətlərinin bütün seqmentlərində ən yeni rəqəmsal həllər və effektiv risk mədəniyyətinin tətbiqi perspektivləri barədə fikir mübadiləsi aparacaq və bu sahədə müasir meyllər və çağırışlar barədə öz fikirlərini bildirəcəklər. Ekspertlər dövlət və özəl sektorun əməkdaşlığının rolunu müzakirə edəcək, aparıcı özəl şirkətlərin rəqəmsal transformasiya təcrübəsinin dövlət idarəçiliyində tətbiqi perspektivləri və bu gün aktual olan digər mövzular üzrə müxtəlif müzakirələr aparacaq. "PAŞA Bank"ın İdarə heyətinin sədri Taleh Kazımov tədbir iştirakçılarına müraciətində qeyd edib ki, son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığının daha da güclənməsi öz əlamətdarlığı ilə seçilib.