İstirahət gününün HAVAsı


Digərləri 19 İyl 2019 13:30:00 228 0

İstirahət gününün HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.