Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb


Digərləri 19 İyl 2019 13:33:00 224 0

Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb

Gədəbəy rayon sakini yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölüb.

Bakı. Gədəbəy rayon sakini Nəriman Quliyev yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi “VAZ-2121” və S.Babayevin idarə etdiyi “Honda” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.