“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq


Digərləri 19 İyl 2019 12:58:31 206 0

“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq

F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Gəlin, birgə oxuyaq” adlı layihədə iştirak etməyə dəvət edir.

Bakı. F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Gəlin, birgə oxuyaq” adlı layihədə iştirak etməyə dəvət edir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək. Layihənin şərtlərinə görə uşaq və yeniyetmələr, oxuduqları kitabın “book trailer”, yəni 3 dəqiqəlik videoçarxını hazırlamalıdırlar. Hazırlanmış videoçarxlar, izləyicilər tərəfindən qiymətləndiriləcək.