Arının sancdığı müəllim yıxılıb öldü


Digərləri 19 İyl 2019 12:15:00 202 0

Arının sancdığı müəllim yıxılıb öldü

Tovuzda orta məktəb müəllimi ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rüstəmov Ələsgər Əli oğlunu arı sancıb.

Ə.Rüstəmov öz evinin damını təmir edərkən orada onu arı sancıb. Müvazinətini itirən müəllim yerə yıxılıb və bu zamanı başı daşa dəyib. Tarix müəllimi olan Ələsgər Rüstəmov hadisə nəticəsində vəfat edib.