Abşeronda itkin düşən 18 yaşlı qız tapılıb (FOTO)


Digərləri 19 İyl 2019 11:53:21 270 0

Abşeronda itkin düşən 18 yaşlı qız tapılıb (FOTO)

Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb.

Bakı. Ceyhun Ələkbərov - Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb. Trend-in məlumatına görə, iyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb. Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmiş və bir daha geri qayıtmamışdı. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısıolub.