Tanınmış jurnalist Məleykə Əsədovanı qınadı: "İlbizə "iblis" deyir" FOTO


Şou-biznes 19 İyl 2019 11:43:00 275 0

Tanınmış jurnalist Məleykə Əsədovanı qınadı: "İlbizə "iblis" deyir" FOTO

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı sərt tənqid edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, jurnalist xalq artistini bəzi sözlərin deyilişini səhv tələffüz etməkdə qınayıb:

"Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və...sosial şəbəkələrdə bunu tirajlayırlar. Gərək bu xalq artistinə "İblis" tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar".

Qeyd edək ki, Əsədova bu yaxınlarda təbii üsülla müalicə ilə məşğul edən özəl klinikalardan birinin reklamına çəkilib.


Xəbərə aid foto