Azərbaycan XİN Yaponiyaya başsağlığı verib


Digərləri 19 İyl 2019 11:31:31 173 0

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

Bakı. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib. Trend bu barədə XİN-in “Tvitter” səhifəsinə istinadən məlumat verir. Məlumatda deyilir: “Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin