"Qızımın toyunu edim, sonra ərə getmək barədə düşünərəm"


Şou-biznes 19 İyl 2019 11:29:00 232 0

"Qızımın toyunu edim, sonra ərə getmək barədə düşünərəm"

Dünən tanınmış aktrisa, əməkdar artist Nahidə Orucovanın doğum günü idi.

Son.az bildirir ki, aktrisa özəl günündə ölkə.az-ın əməkdaşının suallarını cavablandırıb. 

O bildirib ki, ilk təbrikini qızından və bacısından alıb.

Əməkdaşımızın "Ailə həyatı qurmaq haqqında düşünürsünüzmü" sualını Nahidə xanım belə cavablandırıb:

"Hələ ki yox. Mənim ailə quracaq yaşda qızım var. Ona görə bu barədə düşünmürəm".

Ancaq əməkdar artist gələcəkdə bu barədə düşünəcəyini də bildirib.