Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır


Digərləri 19 İyl 2019 11:25:54 206 0

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

İyulun 20-də tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu yekunlaşır.

Bakı. İyulun 20-də tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu yekunlaşır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron sənəd qəbulu prosesi saat 23:59-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.