Brilliant Dadaşovadan ərinə sevgi dolu sözlər: “Səni sevirəm”


Şou-biznes 19 İyl 2019 10:35:00 414 0

Brilliant Dadaşovadan ərinə sevgi dolu sözlər: “Səni sevirəm”

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevə sevgi etirafı edib.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni əri üçün mahnı oxuyub və onu paylaşaraq bunları qeyd edib:

"Ədalət müəllim, bir neçə gün bundan əvvəl ad gününü qeyd edərkən, demişdim sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidə hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm".

Qeyd edək ki, Dadaşovanın "Səni sevirəm" adlı mahnısının musiqisi Fərid Kərimliyə məxsusdur.