Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxa bilər


İdman 19 İyl 2019 10:18:00 264 0

Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxa bilər

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının II mərhələsinin ilk yarımfinal oyunları keçirilib.

Goal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalın ilk görüşündə amerikalı Uesli Sonu məğlub edib.

O bu gün qara fiqurlarla Uesli Soya qarşı çıxış edəcək. Şahmatçımız qalib gəlsə, finala çıxacaq. Yarımfinalın digər görüşündə fransalı Maksim Vaşye-Laqravla rusiyalı Aleksandr Qrişuk çıxış edir. Onların ilk görüşü heç-heçə bitib.

Qeyd edək ki, şahmatçımız 1/8 finalda rusiyalı Daniel Dubova, 1/4 finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.