EYOF-da Azərbaycanın bayraqdarı müəyyənləşdi


İdman 19 İyl 2019 09:58:00 188 0

EYOF-da Azərbaycanın bayraqdarı müəyyənləşdi

Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.

Goal.az xəbər verir ki, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız ən ağır çəkili cüdoçumuz Hüseyn Məmmədov (+90 kq) olacaq.

“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.

Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.