Qaradağda "VAZ" yük avtomobilinə çırpıldı - 1 nəfər öldü


Digərləri 19 İyl 2019 10:10:00 224 0

Qaradağda "VAZ" yük avtomobilinə çırpıldı - 1 nəfər öldü

Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə ötən axşam saat 19 radələrində qeydə alınıb. Ələt istiqamətində hərəkətdə olan "VAZ" markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Ağır qəza səbəbindən minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan biri elə hadisə yerindəcə dünyasını dəyişib, digəri 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O hazırda reanimasiya şöbəsində müalicə alır.