Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb


Digərləri 19 İyl 2019 10:16:00 204 0

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.

Bakı. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. Trend-in məlumatına görə, imzalanan sərəncamla səfir Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədəki səfiri vəzifəsində çalışıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin