Galatasaray Fulham-in futbolçusunu icarəyə götürdü


İdman 19 İyl 2019 09:33:00 217 0

Galatasaray Fulham-in futbolçusunu icarəyə götürdü

Galatasaray Fulham-in futbolçusu Jan Mişel Serini icarəyə götürüb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə icarə əsasında İstanbul təmsilçisində oynayacaq. O, yeni klubunda bir mövsüm üçün 2.8 milyon avro maaş alacaq. "Cim-Bom" Fulham-ə 1.5 milyon avro icarə haqqı ödəyəcək.

Qeyd edək ki, Galatasaray növbəti mövsümün sonu 18 milyon avro verərək Serini birdəfəlik ala bilər.