3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib


Digərləri 19 İyl 2019 08:52:15 187 0

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib.

Bakı. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə 3000-ə yaxın namizəd elektron qeydiyyatdan keçib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron qeydiyyat iyulun 19-da başa çatacaq.Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlarlinkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.