Boliviyada avtobus qəzasında 4 nəfər ölüb


Dünya 19 İyl 2019 07:41:00 202 0

Boliviyada avtobus qəzasında 4 nəfər ölüb

Boliviyada avtobus qəzasında 4 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, iddia olunur ki, sürücü sərxoş olub.

Hadisə gecə saat 2:30-da baş verib. Avtobus Koçabamba şəhərində Oruro istiqamətində hərəkət edərkən, döngələrin birində aşıb.

İlkin məlumatlara görə, avtobus sürətlə hərəkət edib, sürücü mütəmadi olaraq yuxulayıb. Yaralılar xəstəxanalardadırlar. Hadisə ilə əlaqədar araşdırma aparılır.