Yumurtadan nadir ikibaşlı tısbağa çıxıb


Digərləri 19 İyl 2019 02:30:00 263 0

Yumurtadan nadir ikibaşlı tısbağa çıxıb

Təbiəti mühafizə idarəsinin mütəxəssisləri Malayziyanın Mabul adasında nadir ikibaşlı tısbağa balası aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ikibaşlı erkək tısbağa yumurtadan yeni çıxan 93 bala arasında olub. Təbiəti mühafizə təşkilatının əməkdaşları bildiriblər ki, indiyədək 13 mindən çox tısbağa balasının dünyaya gəlməsini müşahidə etsələr də, belə halla ilk dəfə rastlaşıblar.

Dəniz bioloqu Devid Makkan bildirib ki, bala tısbağanın başları ayrı-ayrılıqda nəfəs alır və bədənin idarə edilməsini öz aralarında bölüşüblər. Belə ki, sağda yerləşən baş-bədənin sağ, solda yerləşən baş isə digər tərəfini idarə edir. Bu, tısbağanın həm quruda, həm də suda hərəkət etməsinə maneə yaratmır.