Bəla nazil edən 3 günah


Digərləri 18 İyl 2019 23:55:00 251 0

Bəla nazil edən 3 günah

"Kumeyl" duasında oxuyuruq:

اَللّـهُمَّ اغْفِرْ لِي الذُّنُوبَ الَّتي تُنْزِلُ الْبَلاءَ

"Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul-bəla." - "İlahi, bəla nazil edən günahlarımı bağışla."

İmam Səccaddan (ə) nəql olunur ki, üç günah insana bəla nazil edər:

1. Tərku iğasətil-məlhuf - Qəlbisınıq insanın fəryadına diqqətsizlik:

Son.az maide.az-a istinadən bildirir ki, maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir. İslam Peyğəmbəri (s) buyurur: "Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil." ("Kafi", c.2, səh.163.)

Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir. İmam Sadiq (ə) buyurur: "Allah möminin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar..." ("Kafi", c.2, səh.199.)

İmam (ə) başqa bir hədisdə belə buyurur: "Hər kəs çətinlik zamanı mömin qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72 rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlayar." ("Kafi", c.2, səh.199.)

2. Və tərku muavənətil-məzlum - Məzluma kömək etməmək:

Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, İmam Əli (ə) Ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsən (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: "Zalıma düşmən, məzluma yardımçı olun."

Bəli, bu sözlər zülm və məzlum qarşısında möminin ən gözəl şüarıdır.

İslam Peyğəmbəri (s) buyurur: "Hər kəs zalımdan məzlumun haqqını alsa, Behiştdə mənə yoldaşdır." ("Biharul-ənvar", c.72, səh.359.)

İmam Əli (ə) buyurur: "Ən gözəl ədalət məzluma yardım göstərməkdir." ("Qurərul-hikəm", səh.446.)