Mərifət əhlinin ibadəti necə olur?


Digərləri 18 İyl 2019 23:45:00 49 0

Mərifət əhlinin ibadəti necə olur?

Quran təlimlərinə və hədislərə əsasən, ibadət üç mərhələdən ibarətdir. Birinci mərhələ ibadətin müqəddiməsidir ki, ibadətdən əvvəl yerinə yetirilir. İkinci mərhələ isə ibadətdir. Üçüncü mərhələ isə ibadətin təqibatlarıdır ki, ibadətdən sonra yerinə yetirilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, xüsusi insanların ibadəti adi insanların ibadətindən bu mərhələlərə riayət etmək və ibadətin zahirinin və batininin düzgün yerinə yetirilməsi ilə fərqlənir. Yəni, xüsusi insanların ibadəti müqəddiməsiz olmaz. Bu insanlar kamil hazırlıqla ibadətə başlayarlar. İbadətin özünü də qəlb hüzuru və xüsusi diqqətlə yerinə yetirirlər. Bu ibadət sırf Allah üçün olmalıdır. İbadətdən sonra isə onun təqiblərini yerinə yetirərlər. Bu ibadətlərin dəyərini zəiflədə bilən əməlləri tərk edərlər.

Misal üçün, xüsusi insanların namazı əvvəl vaxtda, məsciddə və camaatla bir yerdə qılınar. Namazda qəlb hüzuru olar, Allahdan başqa heç bir şeyə və heç bir kəsə diqqət etməzlər. Namazdan sonra isə onun təqiblərini edərlər. Məsələn Həzrət Zəhranın (s.ə) təsbihi kimi. Xüsusi insanlar üçün nafilə namazlarının xüsusi əhəmiyyəti vardır. Müstəhəb namazları tərk etmək onları qəmgin və pərişan edər. Allahla feyz rabitəsini əldən verdikləri üçün tövbə edərlər.

Mərhum Ayətullah Mirzə Əli Şirazi İsfəhanı görkəmli alimlərindən idi. O zaman ki, İsfahandan Quma gedir, bir gecə alimlərin bir çoxu onu görmək üçün gəlirlər. Söhbətləri çox uzanır. Ona görə də alim hər gecə olduğundan daha gec istirahət üçün çəkilə bilir. O gecə namazını tərk etməli olur. Alim sübh azanı ayağa qalxır və övladını əldən vermiş bir insan kimi ağlamağa və nalə çəkməyə başlayır. Deyir: "Mən 16 yaşımdan bəri gecə namazını tərk etməmişəm. Bəlkə də o gecə bu namazı ona görə qılmamışam ki, yersiz sözlər eşitmişdim". Hədislərdə də oxuyuruq ki, bu cür işlər insanı gecə namazından məhrum edə bilər.

Bəli, mərifət əhli öz ibadətlərinə belə diqqət edərlər. Əgər onu yerinə yetirmək tofiqini əldən versələr, Allah Təalaya tövbə edərlər.

İbadətin zahirinə diqqət etmək, ibadətlərin şərtlərini düzgün yerinə yetirmək - ümumi möminlərin işidir. Ancaq xüsusi iman əhli zahiri ilə yanaşı, namazın batininə də diqqət edər, ibadətin qəbul olma şəraitini düşünərlər. Çünki ibadətin ancaq zahirinə diqqət etmək - sadəcə onun vacib tərəfini yerinə yetirməkdir. İnsanı mənəvi mərhələyə və ruhi kamala çatdırmaz.

İnsanın namazı və başqa ibadətləri onu kamala çatdırmalıdır. Həqiqi iman sahibi behiştdən əvvəl necə mənəvi məqama çatmağını düşünər. Ona görə də bu insanlar üçün namazda xata etmək və xəyala qapılmaq günahdır və bu günaha görə tövbə edərlər.

Bu məsələ həcc və ümrə səfərinə də aiddir. İnsan bu səfərə ruhani cəhətdən hazır olmalıdır. Bu ibadəti də kamil şəkildə yerinə yetirmək üçün onun müqəddimələrini və təqiblərinə ehtiyac duyar. Həcc və ümrə ibadəti də gərək qəlb hüzuru ilə yerinə yetirilsin.

Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 18 İyl 23:41  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı
Peyğəmbərin vəfatından sonra şəfaəti like
  • 18 İyl 23:40  
Digərləri Peyğəmbərin vəfatından sonra şəfaəti

Qurani-Kərim buyurur: "Biz hər bir peyğəmbəri, yalnız Allahın kömə

arrow Ətraflı
ABŞ İrana məxsus PUAnı vurub like
  • 18 İyl 23:39  
Dünya ABŞ İrana məxsus PUAnı vurub

ABŞ İran-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

arrow Ətraflı
Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun – like
  • 18 İyl 23:35  
Digərləri Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun –

Qovrulmuş sarımsaq tərkibindəki minerallar və vitaminlər sayəsində immun

arrow Ətraflı
ABŞ İran-a məxsus PUA-nı vurub like
  • 18 İyl 23:31  
Digərləri ABŞ İran-a məxsus PUA-nı vurub

ABŞ İran-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 18 İyl 23:30  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb

arrow Ətraflı
Dünyanın ən sürətli zirehli avtomobili təqdim edilib  FOTO like
  • 18 İyl 23:30  
Digərləri Dünyanın ən sürətli zirehli avtomobili təqdim edilib FOTO

Avtomobillərin zirehlə təchiz edilməsi üzrə ixtisaslaşmış AddArmor şir

arrow Ətraflı
Halluks valgus xəstəliyi nədir? like
  • 18 İyl 23:25  
Digərləri Halluks valgus xəstəliyi nədir?

Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə gey

arrow Ətraflı
“Bismillah”ı niyə demək lazımdır? like
  • 18 İyl 23:20  
Digərləri “Bismillah”ı niyə demək lazımdır?

Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir.

arrow Ətraflı
“Neftçi” “Speranta”nı darmadağın edib like
  • 18 İyl 23:16  
Digərləri “Neftçi” “Speranta”nı darmadağın edib

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci t

arrow Ətraflı
Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər? like
  • 18 İyl 23:15  
Digərləri Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər?

Kəbin kəsilən zaman qızın və oğlanın iştirakı vacib deyil. Onların i

arrow Ətraflı
Hər kim möminin qəmini aradan aparar... like
  • 18 İyl 23:10  
Digərləri Hər kim möminin qəmini aradan aparar...

Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tər

arrow Ətraflı
Masallı 6 otaqlı ev yanıb like
  • 18 İyl 23:06  
Digərləri Masallı 6 otaqlı ev yanıb

Masallı rayonunda yanğın hadisəsi baş verib

arrow Ətraflı
Ebola virusu tüğyan edir like
  • 18 İyl 23:05  
Digərləri Ebola virusu tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Fövqəladə Vəziyyət elan edib.

arrow Ətraflı
Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? like
  • 18 İyl 23:03  
Dünya Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi?

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar

arrow Ətraflı