Tramp Ərəbistana hərbçi göndərir,


Dünya 18 İyl 2019 23:46:00 240 0

Tramp Ərəbistana hərbçi göndərir,

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına 500 hərbçi göndərməyi planlaşdırır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə "CNN" telekanalı Pentaqon nümayəndələrinə istinadən xəbər verir.

Məlumata əsasən, hərbçilər şahzadə Sultan aviabazasında yerləşdiriləcək.

Qeyd olunur ki, ABŞ hərbçilərindən ibarət kiçik kontingent və texniki personal artıq bazadadır. Onlar bazanı "Patriot" zenit-raket kompleksinin gəlişinə hazırlayırlar. Bundan əlavə, kontingent bazanın hava limanını təkmilləşdirir.