Türk nazirdən Vaşinqtona sərt mesaj: "Masada müxtəlif variantlar var"


Dünya 18 İyl 2019 23:49:00 228 0

Türk nazirdən Vaşinqtona sərt mesaj: "Masada müxtəlif variantlar var"

"Türk şirkətlərinə ilk başda müəyyən zərər dəyə bilər".

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir ABŞ tərəfindən Türkiyənin "F-35" tipli qırıcılarla bağlı proqramdan çıxarılması ilə bağlı qərara münasibət bildirərkən qeyd edib.

"F-35" hadisələri ilə bağlı bu günə qədər istənilən ödəməni, götürdüyümüz öhdəliyimizi qüsursuz şəkildə yerinə yetirdik. Təktərəfli şəkildə verilmiş bir qərar var. Belə bir hal razılaşmada nəzərdə tutulmayıb. Qərarın rəsmi şəkildə bizə bildirilməsini gözləyirik", - deyə Dəmir vurğulayıb.

Türk nazir qeyd edib ki, milli təyyarə layihəsinin üzərində işlər sürətlə gedir: "Bu işlər daha da sürətləndiriləcək. Türkiyə alternativləri dəyərləndirməyə davam edəcək. Masada müxtəlif variantlar var".

Xatırladaq ki, ötən gün rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.