Dünyanın ən sürətli zirehli avtomobili təqdim edilib FOTO


Digərləri 18 İyl 2019 23:30:00 311 0

Dünyanın ən sürətli zirehli avtomobili təqdim edilib  FOTO

Avtomobillərin zirehlə təchiz edilməsi üzrə ixtisaslaşmış AddArmor şirkəti və APR tüninq atelyesi dünyanın ən sürətli zirehli avtomobilini təqdim ediblər.

Son.az autograph.az-a istinadən bildirir ki, zirehli avtomobil Audi RS7 modelinin bazasında yaradılıb. Liftbekin kuzovu polikarbonat kompozitindən hazırlanmış zirehlə müdafiə olunub. Bu zireh ballistik polad analoqundan 10 dəfə möhkəm və eyni zamanda 60% yüngüldür. Güllə keçirməyən şüşələr də nəzərə alınmaqla, B4 müdafiəli avtomobilin çəkisi cəmi 91 kq artıb. Daha ciddi B7 müdafiə səviyyəsi avtomobili bir qədər ağır edəcəkdir.

Bundan başqa, Audi RS7 Sportback modelini qözqamaşdıran fənərlər, gözyaşardıcı qaz çiləyicisi və taran üçün bamper də daxil olmaqla başqa avadanlıqla da təchiz etmək olar.

Tam təchizatlı avtomobilin dinamik xüsusiyyətlərinin saxlanması üçün APR atelyesinin mütəxəssisləri 4,0-litrlik V8 biturbo mühərrikinin gücünü 760 at qüvvəsinə, fırlanma anını isə 1085 Nm qədər artırıblar. Nəticədə, zirehli Audi RS7 Sportback 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 325 km/saat maksimal sürət həddinə malikdir.