Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər?


Digərləri 18 İyl 2019 23:15:00 256 0

Kəbin kəsilən zaman qız və oğlan mütləq özləri də iştirak etməlidirlər?

Kəbin kəsilən zaman qızın və oğlanın iştirakı vacib deyil. Onların iştirakı olmadan da kəsilən kəbin etibarlıdır. Lakin bu şərtlə ki, oğlan və qız kəbinə razı olsunlar.

Son.az islam.az-a istinadən bildirir ki, onların razılığı olmadan, istəmədikləri halda kəbinləri kəsilə bilməz. Lakin oğlan və qız kəbində iştirak etməyə utanırlarsa, yaxud buna vaxtları yoxdursa, yaxın adamlardan birini öz tərəflərindən vəkil edib kəbinə göndərə bilərlər. Oğlan vəkilini özü təyin edir, qızın vəkilini isə onun vəlisi (yəni qızın üzərində ixtiyarı olan şəxs, atası ya babası) seçə bilər. Adətən, əgər oğlanla qız özləri kəbində iştirak etmirlərsə, kəbini kəsən şəxs (axund) onlara zəng edib razılıqlarını soruşur, mehriyyənin miqdarını razılaşdırır, sonra kəbini kəsir.