Ebola virusu tüğyan edir


Digərləri 18 İyl 2019 23:05:00 298 0

Ebola virusu tüğyan edir

Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Fövqəladə Vəziyyət elan edib.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat bu qərarı Konqo Demokratik Respublikasında Ebola epidemiyasının Şimali Kivu əyalətinin ən böyük şəhəri Qomaya keçməsindən sonra qəbul edib.

Təşkilatın toplantı keçirməısinə təkan isə Qoma şəhərininin keşişisinin ölməsi səbəb olub.   2 milyona yaxın əhalisi olan şəhərdə ilk belə hadisə yaşanıb. Cenevrədəki toplantıdan sonra ÜST-ün baş direktoru Tedros Adhanom açıqlama verib. Bildirib ki, Konqoda Ebola virusu ilə mübarizə üçün Beynəlxalq Xalq Səhiyyəsi Fövqəladə Vəziyyəti elan olunub. Məqsəd Konqoda epidemiya ilə mübarizə çərçivəsində görülən işlərin keyfiyyətin artırmaqdır. Həmçinin dünyanın diqqətini bu xəstəliyə istiqamətləndirməkdir.