Masallı 6 otaqlı ev yanıb


Digərləri 18 İyl 2019 23:06:20 222 0

Masallı 6 otaqlı ev yanıb

Masallı rayonunda yanğın hadisəsi baş verib

Bakı. Masallı rayonunda yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, rayonun Böyük Xocavar kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 6 otaqlı (tikintisi başa çatmayıb) evin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 6 m3 taxta materialı yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.