Quran ayələrinə əsasən Nemətləri dəyişən 5 günah


Digərləri 18 İyl 2019 22:50:00 253 0

Quran ayələrinə əsasən Nemətləri dəyişən 5 günah

"Kumeyl" duasında oxuyuruq: "Əllahumməğfir liyəz-zunubəl-ləti tuğəyyirun-niəm." - "İlahi, nemətləridəyişən günahlarımı bağışla!"

İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə, neməti dəyişib əvəzində bəla, müsibət və əzaba salan günahlar bunlardır:

1. Əl-bəğyu ələn-nas - Xalqa zülm etmək:

Son.az maide.az-a istinadən bildirir ki, xalqa zülm etmək ən böyük günah, çox çirkin və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülm və haqsızlığa görə Qiyamət günü hesab verəcəkidir. "Ənbiya" surəsinin 47-ci ayəsində oxuyuruq: "Əgərsizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və Bizhesab çəkəcəyik."

Əgər bizdən əvvəlki nəsillər üçün Firon, Qarun və Şəddad kimi zalımların acı aqibəti misal çəkilirdisə, artıq, çağdaş dünyamızda bu zalımlarla yanaşı, Səddamilər və Qəddafilərin də acı aqibəti düşünənlər üçün ibrətamiz olmalıdır. İnsanlar arasında baş qaldıran zülmlər, ədalətsiz hökmlər və haqsızlıqlar müşahidə olunduqda, İslam Peyğəmbərinin (s) bu kəlamı insanın diqqətini çəkir:

الْمُلْکُ یَبْقَى مَعَ الْکُفْرِ وَلَا یَبْقَى مَعَ الظُّلْمِ

"Hökumət küfrlə qalar, amma zülmlə qalmaz!"

Böyük şair Sədi necə də gözəl deyib:

İnsan əgər qursa, zülm payəsin,

Ondan xeyir görməz, oxusun fatəsin,

Qılınc vuran dağıtsa da aləmi,

Tutar onu ağbirçəyin naləsi!

Ah-nalə etsə, ağbirçəy anəm,

Görərsən ki, od tutub yandı aləm!

Soltan Mahmud Qəznəvidən belə nəql olunur: "Ağbirçək ananın naləsindən qorxduğum qədər, cəngavərlərin nizələrindən qorxmuram."

2. Əz-zəvalu ənil-adəti fil-xəyr - Xeyirxahlıq ruhiyyəsini tərk etmək: