Bakıda gənc oğlan parkda bıçaqlanıb,


Digərləri 18 İyl 2019 22:46:00 434 0

Bakıda gənc oğlan parkda bıçaqlanıb,

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə  rayonun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsrafilzadə İbrahim Məhbub oğlu tanımadığı şəxs tərəfindən parka çağırılıb. Ona bir neçə bıçaq zərbəsi vurulub. O, 1 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən İ.İsrafilzadənin vəziyyəti ağır qiymətləndirilib.