Volkswagen Beetle modelini Tarek krossoveri ilə əvəzləyəcək FOTO


Digərləri 18 İyl 2019 22:30:00 219 0

Volkswagen Beetle modelini Tarek krossoveri ilə əvəzləyəcək  FOTO

Volkswagen şirkətinin Pueblodakı zavodunda Tarek krossoverinin istehsalına başlanacaqdır. Avtomobillər şimaliamerikan bazarında satılacaqdırlar.

Son.az autograph.az-a istinadən bildirir ki, hazırda Pueblodakı zavodda Jetta sedanı və Tiguan krossoveri istehsal edilir. Beetle modelinin buraxılışına isə 10 iyulda son verilib. Konsernin Meksikadakı nümayəndəliyinin başçısı Şteffen Rayx Beetle modelinin yerini Tiguan modelindən bir pillə aşağıda duran Tarek krossoverinə verəcəyini bildirib. Krossoverin istehsalına 2020-ci ilin sonunda başlanmalıdır. Meksika istehsalı olan krossoverlər 2021-ci ilin əvvəlində amerikan dilerlərinə çatdırılacaqdırlar.

Çində satılan Volkswagen Tharu modelinin bənzəri olan Tarek krossoveri MQB modul platformasında inşa edilib. VW Tarek Çində satılan krossoverdən fərqlənəcək və yerli tələblərə uyğunlaşdırılacaqdır. Belə ki, krossover daha güclü mühərriklərə sahib olacaqdır.

VW Tharu 150 at qüvvəli 1,4-litrlik və 186 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təchiz edilir. Ən güclü variant Haldex muftası olan tam çəkiş sistemi ilə təklif olunur. Krossover SAIC-Volkswagen birgə müəssisəsində istehsal edilir. "Xalq krossoverinin" istehsalı Çin və Meksika ilə yanaşı, Argentina və Rusiya da təşkil ediləcəkdir.


Xəbərə aid fotolar