Rusiyada ağır qəza: Yeddi nəfər ölüb


Dünya 18 İyl 2019 22:36:00 220 0

Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

Rusiyanın Tuva Respublikasında iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Qızıl-Ərzin yolunun 20-ci kilometrində baş verib.

Belə ki, "Toyota" markalı avtomobil qarşı yola çıxaraq "Lada" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü və "Lada" avtomobilində olan daha 5 nəfə dünyasının dəyişib. "Lada" markalı avtomaşında olan 5 sərnişin azyaşlılar olub.