"Mazda" 900dən çox avtomobili geri çağırdı


Dünya 18 İyl 2019 22:38:00 240 0

"Mazda" 900dən çox avtomobili geri çağırdı

"Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış "Mazda 6" və CX-5 modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.