İmam Rzanın hədis çələngindən


Digərləri 18 İyl 2019 22:10:00 228 0

İmam Rzanın hədis çələngindən

İmam Rzanın (ə) nurani kəlamlarından ibrətlər götürək:

"Ən üstün və dəyərli sifətlər: yaxşı işləri yerinə yetirmək, çarəsizlərin fəryadına çatmaq, arzu edənlərin arzusunu yerinə yetirməkdir".

"İman ibarətdir: dildə etiraf etmək, qəlb ilə tanımaq, əzalar ilə yerinə yetirmək".

"Ağlın ən üstün dərəcəsi - özünü tanımaqdır".

"O kəs ki, Allah rizası üçün kimisə qardaşlığa götürər, behiştdə ev əldə etmiş olar".

"Xoş xasiyyət iki cürdür: fitri və ixtiyari. İxtiyari xasiyyətin sahibi daha üstündür".

"İbadət namazın və orucun çoxluğu ilə deyildir, Allah Təalanın məsələlərində düşünməklədir".

"Bəlaya səbir etmək - gözəl və bəyəniləndir. Ancaq ondan da üstünü - haramlar qarşısında səbir etməkdir".

"İnsanların malik olduqlarına etinasızlıq etmək, bəxşiş (hədiyyə verməkdən) etməkdən daha yaxşıdır".