Bir şəxsin səhv hərəkətini hansı hallarda və şəraitlərdə ona başa salmaq lazımdır?


Digərləri 18 İyl 2019 22:15:00 276 0

Bir şəxsin səhv hərəkətini hansı hallarda və şəraitlərdə ona başa salmaq lazımdır?

İslamın tələb etdiyi mühüm şərtlərdən biri də insanları yaxşı işlərə doğru çağırmaq və pis işlərdən çəkindirməkdir. Buna şəriətdə "əmr bil-məruf və nəhy ənil-münkər" deyirlər. Hər bir müsəlman imkan dairəsində günahlarla mübarizə aparmalı, səhv yolda olanları ayıltmalı, yanlışlığa düşmüş insanlara nəsihət verməli, yaxşı əməlləri təbliğ və təşviq etməlidir.

Son.az islam.az-a istinadən bildirir ki, amma bunun da bəzi şərtləri var. Birincisi, nəsihət o zaman edilir ki, qarşı tərəfə təsiri və faydası olsun. Əgər insan qarşı tərəfin bu nəsihətdən nəticə çıxarmayacağını, əksinə, öz səhvlərini daha artıq dərəcədə davam etdirəcəyini bilirsə, vəzifədən azaddır. İkincisi, nəsihət etmək insanın özü üçün təhlükəli olmamalıdır. Əgər qarşı tərəf nəsihət verən insana təzyiq göstərəcəksə, onu təhqir edəcəksə, bu halda da nəsihət etmək vacib deyil. Bu kimi hallarda ya susmaq, ya da mübarizənin başqa, daha təhlükəsiz üsullarından istifadə etmək lazımdır. Nəsihət edərkən qarşı tərəfi aşağılamaq olmaz; buna görə yaxşı olar ki, insan öz sözünü təklikdə və mülayim formada qarşı tərəfə çatdırsın.