"Mazda" 900-dən çox avtomobili geri çağırdı


Digərləri 18 İyl 2019 22:01:00 204 0

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

"Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb

Bakı. "Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış "Mazda 6" və CX-5 modellərinə şamil olunur. Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.